Menu

Qırğız Respublikasının Prezidenti Azərbaycana səfər edəcək

31.07.2019, 15:14
Qırğız Respublikasının Prezidenti Azərbaycana səfər edəcək

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfər edəcək.

Qırğız Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Prezident S. Jeenbekov Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII sammitində iştirak edəcək.

Qeyd edək ki, Türk Şurasının VII sammiti bu ilin oktyabr ayında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol