Menu

“Azərbaycan Dəmir Yolları”na yeni sözçü təyin edilib

31.07.2019, 19:23
“Azərbaycan Dəmir Yolları”na yeni sözçü təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb.

Bu barədə “Report”a ADY-dən bildirilib.

Məlumata görə, katibliyə rəhbərlik indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yarım Şurasının üzvü olan Natəvan Bayramovaya həvalə olunub. O, qurumun sözçüsü kimi Sevinc Qədirovanı əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol