“Keşlə” Türkiyə klubu ilə heç-heçə edib

Bakının "Keşlə" futbol klubu yoxlama oyunu keçirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsinə ilk matçına çıxıb.

Tərlan Əhmədov yetirmələri yerli "Osmanlıspor"la görüşüb. Boludakı “Koru” otelinin meydanında baş tutan matçda qapılara qol vurulmayıb.

Qeyd edək ki, "Keşlə" ikinci yoxlama görüşündə "Çaykur Rizəspor"la görüşəcək. Oyun avqustun 2-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar