Rusiyadan Donbassa göndərilən humanitar yük maşınları vasitəsilə ölən rus əsgərlərin meyitləri Ukraynadan çıxarılıb. Ukrayna saytlaarının məlmatına görə, bunu Kiyevdə keçirilən brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik informaasiya mərkəzinin rəhbəri Andrey Lısenko deyib. Onun sözlərinə görə, Ukrayna ərazisində öldürülmüş Rusiya vətəndaşlarının meyitlərinin daşınması üçün Donbassa göndərilən yük maşınlarından istifadə olunub. Məluamat görə, ötən həftə Ukraynadan 52 yük maşınında rus əsgərlərinin meyitləri Rusiyaya aparılıb.


Şərhlər