Menu

"17 yaşlı qızın intiharının səbəbləri araşdırılır" - Prokurorluq

01.08.2019, 11:00
"17 yaşlı qızın intiharının səbəbləri araşdırılır" - Prokurorluq

Zaqatalada baş verən intiharın səbəbləri araşdırılır.

Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 30-da rayonun Əliabad qəsəbə sakini Gülər İsmayılovanın yaşadığı evin həyətində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri hazırda istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, məlum hadisə ilə bağlı APA iyulun 30-da xəbər yayıb. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb.

Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol