Menu

Gürcüstanda neft şirkətinin təsisçiləri saxlanılıb

01.08.2019, 13:27
Gürcüstanda neft şirkətinin təsisçiləri saxlanılıb

Gürcüstanda “Frego” neft şirkətinin təsisçiləri Giorgi Topçişvili və Vladimir Qvelaşvili saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, onları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxlayıb.

Sahibkarların hansı ittihamla saxlanıldıqları hələ məlum deyil.

Qeyd edək ki, “Frego” şirkəti 2013-cü ildən etibarən Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkətin ölkə üzrə 33 yanacaqdoldurma məntəqəsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol