Menu

ABŞ dollarının məzənnəsi son 2 ilin ən yüksək həddinə çatıb

01.08.2019, 15:29
ABŞ dollarının məzənnəsi son 2 ilin ən yüksək həddinə çatıb

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması qlobal maliyyə bazarlarında dolların məzənnəsini son 2 ilin ən yüksək həddinə çatdırıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, dollar indeksi 2017-ci ilin may ayından bəri maksimal həddə - 98,363-ə çatıb. Mütəxəssislər FED-in növbəti faiz azalmasına gələn ay gedəcəyini, sonra isə “fasilə” götürəcəyini ehtimal edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol