“Söhbət ordenin ləğvi ətrafinda getməməlidir. Mən bu barədə bir neçə dəfə yazmışam. Anti-Azərbaycan dairələrinin Azərbaycan tarixini qəhrəmansızlaşdırmaq, Azərbaycan xalqını lidersizləşdirmək cəhdləri heç vaxt səngiməyib. Belə təxribatlar bu gün də davam edir. Bəzən biz özümüz də ya bilərəkdən, ya da bilməyərəkdən bu təhlükəli və məkrli bir prosesin iştirakçısına çevrilirik”.
“AzPolitika.info”nun məlumatına görə, bunları sabiq deputat Alqış Musayev deputat Fazil Mustafanın “Şah İsmayıl” ordeninin ləğvi barədə təklifinə münasibət bildirərkən deyib.
A.Musayev hesab edir ki, Şah İsmayıl Azərbaycan xalqının milli dəyəridir və ona layiqli münasibət göstərilməlidir: “Şah İsmayıl bizim milli dəyərimizdir. Ona sahib çıxmalı və yaşatmalıyıq. Təəssüf ki, çox vaxt milli dəyərlərimizi təbliğ etmək əvəzinə onları amansızcasına istismar edirik. Necə ki, 1992-93 cü illərdə Şah İsmayıl mövzusu da belə bir istismara məruz qalıb. Tələm-tələsik heykəl qoydular. Yəqin əksəriyyət razılaşar ki, o abidə Şah babamıza yaraşan bir heykəl deyil. Eyni naşılıqla və bəsirətsiziklə Şah İsmayıl ordenini təsis etdilər. Bu bir aksiomadır ki, pis işlənmiş bir mövzuya ikinci dəfə qayıtmaq çox çətin olur. Ya da ümumiyyətlə mümkün olmur. Mən hesab edirəm ki, vəziyyədən çıxmaq olar. İlk növbədə Şah İsmayılın heykəlindən başlamaq lazımdır. Yenidən müsabiqə elan olunmalı, Şah İsmayılın sərkərdə obrazını əks etdirən möhtəşəm abidə ucaldılmalıdır. Amma indiki yerdə küçənin ortasında yox, geniş parkların birində.
Şah İsmayıl ordeninə gəldikdə isə, bu ordenin statusuna və adına yenidən baxmaq olar. Və vacibdir. Ölkənin ali hərbi ordeni olan bu dövlət təltifi hələ heç kimə təqdim olunmayıb. Mənim zənnimcə, ilk növbədə ordenin adı dəyişilməlidir. "Şah İsmayıl"-dan "Xətai" adı daha münasib, məqsədə müvafiq və bugünkü reallığa uyğundur. Eyni zamanda onun statusuna düzəlişlər etmək lazmdır ki, təkcə hərbçilərə deyil, dövlət, mədəniyyət, ictimai-siyasi xadimləri də bu ordenlə təltif etmək mümkün olsun”.
"AzPolitika"


Şərhlər
heykəl, abidə -bütpərəst, qamunist adətidir..yəqin "şah" isi də ateist olub əslində indi onu təbliğ edənlərin mütləq çoxluğu kimi?
ALQIŞ MÜƏLLİM AZƏRBAYCAN TARİXİNİN BÖYÜK BİLİCİSİ RƏHMƏTLİK Z.BÜNYADOVA 1990-CI İLDƏ TELAQRAFIN BİNASINDA RABİTƏCİLƏRLƏ GÖRÜŞÜNDƏ SUAL VERDİM: ŞAH İSMAYIL XƏTAİNİN TÜRK VƏ AZƏRBAYCAN TARİXİNDƏ NƏ ROLU OLUB?.RƏHMƏTLİK CAVAB VERDİ Kİ,ŞAH İSMAYILIN MÜSƏLMAN,TÜRK DÜNYASINA VURDUĞU ZƏRBƏNİ HEC KİM VURMAYIB.ONUN APARDIĞI BÜTÜN MÜHARİBƏLƏR MÜSƏLMAN DÖVLƏTLƏRİNƏ QARŞI OLUB.HƏQİQƏTƏN O DÖVRDƏN MÜSƏLMAN DÜNYASI ÖZ MÖVQELƏRİNİ İTİRMƏYƏ BAŞLADI.
Ərdəbildə bir nəfər Kürdə rast gəlsəniz onda Şah ismailə Kürd deyəsiniz, heç olmasa bircədəfə gedin Ərdəbilə, görün, eşidin Ş.İsmailin nəsli hansı dilldə danışır, F.Mustafa bunu deməsə nöbbəti dəfə deputatxanaya üzüv ola bilməz o, özü gözəl bilirki Ş.İsmaildə bütün Ərdəbildə TÜRK OĞLU TÜRKDÜR, sadəcə dolanışığ xətrinə bu yolu seçib, mən onu 2-ci mərtəbənin 15-ci otağından tanıyıram, bəlkədə o, dediyi saxta fikirlərə görə Allaha többədə edir, neynəyəsən hərənin dolanışıq yolu var.
Siz Allah,rahat buraxın bu rəhmətlikləri.Hər dəfə gündəmə gəlməkçün insanların əsəbini pozan bir mövzu atırlar ortaya.Bundan başqa,birisi gəlib 10 kiloluq daşa gücənir,qaldıra bilmir.Sonra özün sındırmır ki,bəs ulu babamın babası 100 kilo qaldırırdı.Sən özündən,bu günündən,etdiklərindən,dünyanın qəbul etdiyi kəşf və ixtiralarından danış.O vaxat imperiyalar olub,başında dayanan rəhbərlər olub,vuruşublar və s.İndi nə mənası var bunları təhqir etməyin?Ayıbdır,vallah
Şah İsmayıl türkçülük tarixinin zirvəsidir.Niyə günahı özümüzdə axtarmalıyıq?Məgər,Sultan Səlim günahkar deyil?Gəlin,Şah İsmayıl Xətaini bir kürd kimi deyil,türk kimi düşünək!Yəni,biz Məhəmməd Füzulidən ağıllıyıq ki,onun bəyəndiyi və sarayında xidmət göstərdiyi hakimiyyəti qəbul etməyək?Şah İsmayılı .... bulaşıqlar qəbul etmək istəmirlər.Bununla da onlar,Mirzə Cəlilin "Usta Zeynal" hekayəsindəki Usta Zeynal kimi ətəklərinə götürdükləri "daşı" yerə boşaltmaq istəmirlər..
Şah İsmayıl Xətai bəzilərini bu gün də elə yandırır ki, onların çıtır - çıtır yanan cismlərini heç 4 okean birgə söndürə bilmir. O dünyaya təşrif aparsalar, torpaqları da qara kömürə dönəcək. Yazıqlar...
Ismayil Turkun 1nomreli dusmeni!!!
Şah İsmayıl nəinki türk dünyasına bütün İslam dünyasına ləkədir bizlər kim bizim düşmənimizdir ona həmişə heykəl qoyuruq məsələn şaumyan.
Lap əttökəndir...
Şah İsmail türkçülük tarixində qara ləkədir.. ... bunu dərk edə bilməzsiniz.Bir cənuba, şimala baxın.Bir qafanızı işlədin.Bir baxın dünya irəli gedir, siz isə bizi orta əsrlərə dartırsınız.