Menu

Azərbaycanın dövlət qiymətli kağızlar bazarı 11% böyüyüb

03.08.2019, 11:54
Azərbaycanın dövlət qiymətli kağızlar bazarı 11% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında 6 056 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının 6 275,9 milyon manatlıq hissəsi ilkin bazarda, 380,1 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 5,9% və 4,8 dəfə çoxdur.

Şərhlər

Bashirov Qarib 2019-08-03 11:54:25

İki saat əvvəl saytınızda Qiymətli Kağızlar bazarının 34% kiçildiyini yazmısınız.İndi də həmin bazarın 10,8% böyuduyunu yazırsınız. Rəqəmlər də muxtəlifdir.Hesabat dövru isə eynidir.Bu rəqəmləri eyni mənbədən göturmursunuz,yəqin.Ola bilsin ki,iki muxtəlif ölkədən gedir söhbət. Bu qədər də sayqısızlıg olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol