Menu

Rusiyada Beşinci Beynəlxalq Hərbi Oyunlar başlayıb

03.08.2019, 16:48
Rusiyada Beşinci Beynəlxalq Hərbi Oyunlar başlayıb

Rusiyada avqustun 3-də Beşinci Beynəlxalq Hərbi Oyunlar başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Rusiyanın müdafiə naziri çıxış edib.

O bildirib ki, iki həftə ərzində 10 dövlətin ərazisində keçirilən bu yarışmada 39 ölkənin ən yaxşı mütəxəssisləri iştirak edir.

Qeyd edək ki, 10 dövlətin ərazisində 25 poliqonda 32 müsabiqəyə 36 ordunun 5 mindən çox hərbçisi qatılıb. Rusiyada 15 müsabiqə, o biriləri isə Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Monqolustan, Hindistan, İran, Çin və Ermənistanda keçiriləcək. Hindistan, Monqolustan və Özbəkistan yarışmaya ilk dəfə ev sahibliyi edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol