Menu

Dənizdə boğulan iki nəfərin həyatı xilas edilib

03.08.2019, 19:20
Dənizdə boğulan iki nəfərin həyatı xilas edilib

Sumqayıtda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıtın Corat qəsəbəsindəki çimərlik ərazidə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.

Dərhal əraziyə cəlb edilən xilasedicilər tərəfindən həmin şəxslər xilas edilib.

Sudan çıxarılan şəxslərin 2001-ci il təvəllüdlü Babək Qəsəbov və 2003-cü il təvəllüdlü Samirə Kərimova olduğu müəyyənləşib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol