Sabunçu rayonunda bir nəfər naməlum şəxs tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü İsgəndərov Asif İsgəndər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.İsgəndərovun döş qəfəsi və qarın boşluğuna ümumilikdə 3 bıçaq zərbəsi vurulub.
Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.


Şərhlər