"Heç kim toxunulmaz deyil. Tarixə baxmaq, tarixi öyrənmək, yanlışlıqları görmək lazımdır”.
Bunu musavat.com-a açıqlamasında VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı millət vəkili Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı fikirlətinə münasibət bildirərkən deyib: "Çünki gələcəkdə tarixdə baş verən yanlışlıqların təkrarlanmaması üçün vacibdir. Azərbaycanda tarixə baxış, tarixi təftiş etmək demək olar bir xəstəliyə çevrilib. Bilmirlər ki, Babək kimdir, Nizami hansı əqidənin sahibi olub, dünyagörüşü nədir. Heç nədən xəbəri olmayan adamlar tarixi təhlil edirlər. Fazilin məsələsi bir az fərqlidir. Onun zövqünə sayğı ilə yanaşıram. Amma onun da keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var? O tarixin bir parçasıdır. Özü də böyük bir yaşanmış tarixdir. Xətai millətin təfəkküründə Azərbaycan Səfəvi dövlətini qurmuş bir qəhrəmandır. O təriqət məsələsində həssaslıq göstərib. Tarixə düşən bir neçə türk dövlətindən biri Səfəvidir. Bu dövləti də quran Şah İsmayıldır. O dövrü nəzərə almadan nə üçün onu bu şəkildə təftiş edirik? Bu gün də həmin İranda azərbaycanlılar yaşayır. Eyni zamanda, bu gün də İranda hakimiyyətdə Azərbaycan türkləri var, amma türk ruhları yoxdur. Lakin Şah İsmayılın vaxtında belə deyildi. O, Azərbaycanın parçalanmış ərazisini birləşdirmişdi. Onun Sultan Səlimlə savaşı iki qardaşın günahı idi. Heç bir tarixi şəxsiyyətə Xətaiyə deyilən qədər sözlər deyilmir. Əmir Teymur bu gün türk tarixinin ən parlaq simalarından biridir. Amma nəzərə almaq lazımdır ki, o da türklərlə savaşıb. Nə üçün Xətai qədər onu mühakimə etmirlər? Xətai gənc ikən hakimiyyətə gəlmişdi. Türk torpaqları uğrunda savaşda babasını, atasını itirmişdi. Qəlbində intiqam almaq duyğusu var idi. Bütün bunları nəzərə almadan onu təftiş etmək nə dərəcədə doğrudur? Bir dəfə yaxın dostlardan biri dedi ki, Babək türk olmayıb. O Azərbaycanda anadan olmuş və ərəb işğalına qarşı mübarizə aparmış bir qəhrəmandır. Xətaiyə qarşı bu hücumları yersiz hesab edirəm. Ona qarşı hücumlar səbəbsiz deyil. Bunun arxasında Azərbaycan tarixini ləkələmək, bu xalqı tarixi olmayan, yalnız XX əsrdə dövlət qurmuş bir xalq kimi təqdim etmək istəyirlər. Onun üçün həmin tarixin parlaq simaları sayılan Xətaiyə, Babəkə hücumlar olunur. Milləti kiçik salmaq, xalqın öz gücünə olan inamını sarsıtmaq üçün edilən bu cəhdlər qəti şəkildə pislənilməlidir. Bütün bunlara ”Milli taleyimiz və biz" adlanan kitabımda cavab vermişəm. Orada Xətai, Güney Azərbaycan və digər məsələlərə toxunmuşam. Fazilin cənubla bağlı da mövqeyi fərqlidir. Yəni bunlar mənim üçün yeni mövzu deyil. Yazdıqlarımı yenidən təkrar etmək mənim üçün çətindir. Söhbət ordenin ləğvi ətrafında getməməlidir. Mən bu barədə bir neçə dəfə yazmışam. Anti-Azərbaycan dairələrinin Azərbaycan tarixini qəhrəmansızlaşdırmaq, Azərbaycan xalqını lidersizləşdirmək cəhdləri heç vaxt səngiməyib. Belə təxribatlar bu gün də davam edir. Bəzən biz özümüz də ya bilərəkdən, ya da bilməyərəkdən bu təhlükəli və məkrli bir prosesin iştirakçısına çevrilirik”.


Şərhlər
Sabir müəllim.Türk eli olan Türkmənstana getmək istəyirəm Amma viza rejimi var və visa da vermirlər Siz dediz sultan Səlim və Shah Xətai qardash olub.bunu bildik.2019cu ildir amma Türkmənstana gedib türk oğlu türklərin qara quzu ətindən olan qara qovurmasindan dada bilmirəm.Amma orda daha qara rəngə qadağa qoyulub.Hardasan ay xan Qazan və qaraca Çoban.
Tarixi yaxshi oxusaniz bilersiniz ki osmanli her avropaya yurush edende sizin sevimli Shah Ismeyil osmanliya gardash hucumlari edirdi. Negeder ki biz pisi yaxshidan qehremanligi qorxaqligdan ayira bilmeyeceyik. Bizim tefekkur bele de galacaq
Sabir bey shah ismayilin hansi ishine gore ona gehreman deyirsiz? Iki turk xalqini qarshi qarshiya qoydugu uchun? Shah ismayil olmasaydi Turkler ingiltereye kimi butun avropani alardilar. Bu qardash qırğını törədən ismayil asiyanin avropadan asili yashamadinda gunahkardi.
H.Sabir m. heç də hesab etməyin ki,biz Azərbaycanı sizin qədər sevirik.Biz öz millət və dövlətimizi,eləcə də onun tarixi şəxsiyyətlərini sizin təsəvvür və təxəyyülünüzə sığmayacaq qədər sevirik.Bu gün F.Mustafa ilə nədən qarşı-qarşıya dayanmısınız? Sizdən,eləcə də Şah İsmayıldan soruşuram.Nədən,bu gün eynisoylu türk övladları qarşı-qarşıya dayanıb? SABİR RÜSTƏMXANLI,biz deyirik ki,Şah İsmayıl millətimizin dini əqidəsini ikiyə parçalayıb onu ifrat tərəflərə böldü? BƏLKƏ YALAN DEYİRİK? Bəs,sən nə deyirsən?
Gedin Qarabağı azad edin.Türk dövləti Türkiyədir.
Bismillahir-Rəhmanir-Rəhim. Yeri gəlmişkən, Xalq şairimiz! Hörmətli Sabir bəy xalqımız sizdən çox şey umur və gözləyir. Səmimiyyətlə deyim ki, millətin ziyalısı özlərini ziyalı kimi aparmalıdır (Bunun hamıya aidiyyatı yoxdur). Danışıqları milli dərdləri, milli ideaları sağlam ifadə etməlidir. Ətrafda baş verənlərə biganə qala bilməzlər. Ziyalılar məsələyə geniş pəncərədən baxmalı, qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışmamalıdırlar. Ancaq özlərini düşünməməlidirlər. Nə qədər ki, ziyalılar fikirlərini vaxtında deməyəcəklər , bu ölkədə həmişə problemlər olacaq. Millətin dəyərlərinin qorunması, cəmiyyətdə eybəcər halların yayılmasının qarşısının alınması baxımından ziyalılar çox əhəmiyyətli bir rol oynamalıdır. Hörmətli ziyalılar! Bu ölkədə olan daha vacib və millətin taleyini həll edən məsələlər, yəni o problemlər ki,təcili həlli tələb edilir bu məsələlərə fikir bildirmək lazımdır! Azərbaycanın taleyi ilə bağlı yüksək məsuliyyət nümayiş etdirməyə və yeni səhvlərə yol verməməyə» çağırıram.