Menu

Mandzukiç "Mançester Yunayted"lə razılığa gəlib

04.08.2019, 17:59
Mandzukiç "Mançester Yunayted"lə razılığa gəlib

“Yuventus”un hücumçusu Mario Mandzukiç “Mançester Yunayted”ə keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə “La Gazsetta dello Sport” məlumat yayıb.

Xorvatiyalı forvardın “mankunyanları”n təklifini qəbu etdiyi bildirilir. Onunla 2 illik müqavilə imzalanacağı və illinə 6 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 2015-ci ildə “Atletiko”dan Turin klubuna keçən Mandzukiç ötən mövsüm A Seriyasında 25 oyuna 9 vurub, 6 məhsuldar ötürmə edib. Onunla "Everton" və "Bavariya" da maraqlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol