Menu

Türkmənbaşı xalq qarşısına çıxdı: at belində və velosipeddə...

05.08.2019, 10:11
Türkmənbaşı xalq qarşısına çıxdı: at belində və velosipeddə...

Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov aradan on gündən də çox keçəndən sonra ilk dəfə dövlət televiziyasında görünüb. Türkmən televiziyasının "Vatan" proqramı xəbər verib ki, Berdiməhəmmədov məzuniyyəti zamanı aktiv istirahətlə məşğul olur.

“Azatlık” radiosu isə xəbər verib ki, axşam efirində Türkmənistan liderinin velosiped sürdüyü, at belində gəzdiyi və avtomatik silahdan atəş açdığı barədə reportaj nümayiş olunub.

Bundan əlavə, dövlət televiziyasının məlumatına görə, Berdiməhəmmədov idman avtomobilinin sükanı arxasında Karakum səhrasından keçərək əhali arasında "Cəhənnəm qapıları" adı ilə daha yaxşı tanınan yanan qaz krateri Darvaza qədər uzun bir məsafə qət edib...

Şərhlər

EJDER 2019-08-05 10:11:07

MAWALLAH,TURKMENBAWI,BOEVIKDI,LAP LAZIM KIMI.AT ATLAYIR ,OV OVLAYIR,,AVTOW,,LUQ BABANIN QUL BALASI QAJQIN PULUNA WELLLENEN NAIL BALA KIMI.MALADES,HEJE DEYERLER,,BRAVO,,GORESEN ONLARDA UWAQ PULU NE QEDERDI.BIZIM BU ANALOQU OLMAYAN HOKUMETIMIZ GOR NECE ILDI KI,UWAQ PULUNUVERE BILMIR,BAWI JARAYA,MARAYA,ZARAYA MEWQULDU.BOW BOW TEDBIRLERE IMZA ATER,LUKAWENKO CANI...BATYA ,PULUN OLMASA VIZIV AT

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol