Menu

Putin kilsədə «Novorossia» tərəfdarları üçün şam yandırıb

11.09.2014, 12:43
Putin kilsədə «Novorossia» tərəfdarları üçün şam yandırıb

Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukraynada hökumət qüvvələri ilə döyüşdə ölən və yaralananlar üçün kilsədə şam yandırıb.

Sentyabrın 10-da Moskvada bir kilsənin önündə danışan Putin siyasi «Novorossia» terminini işlədib. Bu termin Ukraynanın cənub-şərq regionlarına aid işlədilir. Putin deyib ki, «Novorossida adamların həyatını qorumaq üçün yaralanan və həyatını qurban verənlər» üçün şam yandırıb.

Kiyev və NATO Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər göndərdiyini deyir, ancaq Rusiya bunu yalanlayır.

Novorossia çar dövründən qalan addır, Ukraynanın şərqi və cənubunda böyük əraziyə aid işlədilir.

Putinin bu termini işlətməsi Kremlin həmin ərazilərlə bağlı sxeminin olmasına dair narahatlıq yaradıb.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol