33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - "Səbəb nazirliyin səhv siyasətidir"

Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən də 3.5 dəfə aşağıdır

"Azərbaycan internetin sürətinə görə, 208- ölkə arasında 142-ci yeri tutub, bu da 33 pillə geriləmək deməkdir". Bunu multimedia texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib.

O.Gündüz "Turan"a deyib ki, dünyda kifayət qədər nüfuzlu "Cable" (cable.co.uk) qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb və Azərbaycan bu statistikada bir sıra Afrika və Mərkəzi Asiya ölkələrilə qonşuluqda yer alır.: "Cable 12 ay ərzində 208 ölkə arasında (may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb. 2018-ci ildə Azərbaycan 135-ci, 2017-ci ildə 102-ci yerdə olub, indi isə 142-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, Azərbaycan İnternet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. 2019-cu ildə dünya üzrə orta sürət 11 mb/s olub. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən də 3.5 dəfə (3.1 mb/s) aşağıdır".

O. Gündüz reytinq cədvəlində subyektivlik ola biləcəyini istisna etməsə də etbarlılığını da şübhə altına almır: " Nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurumdur. Ciddi partnyorları var. Əslində mənim üçün də, elə sektorda olan çoxları üçün də bu nəticələr gözlənilən idi".

Ekspertə görə, bunun səbəbi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son iki ildə yürütdüyü səhv siyasətidir ki, genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb, etiraf eləməkdən də çəkinmir.

"Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib", ekspert belə deyir.

Ekspertə görə, sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yükəslib, "Azercell" dövlətləşəndən sonra nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.

O.Gündüz deyir ki, internet bazarının 50% -ni ələ keçirən dövlət provayderləri indi yeni infrastruktur yaratmaq əvəzinə, nazirliyin tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini "oğurlamaqla" məşğuldur: "İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm.

Bu yuxarıdakı statistika Sizə necə təsir edir? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika? Əgər özəl Provayderlərə Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiz, onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız, regionlarda normal infrastruktur qurulsaydı, özəl backbone provaydrein 70% -lik qiymət endirimini blokadaya almasaydınız, bu nəticələr necə dəyişə bilərdi?".

635x100

Şərhlər

Shamil Nemetov 2019-08-06 10:26:12

Men Azerpoctda 35 il ishlemishem. Lakin E. Efendiyev ve onun quldurlari meni 1 gunde bashga ishe kechmek adiynan ishimnen chixartilar. Indi galmisham ishsiz bu yashimda ailem de mene baxir.

TARİXƏ 2019-08-06 10:26:12

Güya indi rabitədə bu sahənin adamları qalıb?Siz faktlara yanaşız, yalan yazıbsa doğrusuilə əvəzlə, burda tərəfkeşlik etmək günahdır, ən azında ölkəmizin rabitəsi inkişafdan qalır, digər tərəfdən rabitəçilər kütləvi şəkildə qanunsuz olaraq əzilir, işdən kənarlaşdırılır.

Adəm. 2019-08-06 10:26:12

Hansı Nəqliyyat ,Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən söhbət gedir? Biz kosmos dövlətitik,göydə 2 peykimiz,bərk gedirik biz.Sadəcə olaraq naziz bir addım irəli,iki addım geri gedir.Amma gah işiq gələn tərəfə gedir, gahda özü bimir hara gedir.Etibar Pieverdiyevin getdiyi yolu tapah kimi yəqin o yolla gedəcək.Amma 100 faiz özü yolu tapan kimi gedib deməyəcək ki,bu yolu mən gedə bilmirəm,mənlik deyil.

EJDER 2019-08-06 10:26:12

HESAB EDIREM KI, BU ANALOQU OLMAYAN HOKETIMIZIN ANALOQU OLMAYAN RABITE NAZIRI,,VETEN QARWISINDA XIDMETLERINE,,GORE ORDENI ILE TELTIF OLUNMALIDIR,DIGER ANALOQU OLMAYAN NATEMIZ NAZIRLERIMIZ KIMI,MALADES

Hörmətli oxucu! 2019-08-06 10:26:12

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli ekspert Osman Gündüz bildirir ki, Azərbaycan internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib.Düz demir,dediyi 33 ölkə inkişaf edib bizi qabaqlayıblar.Hörmətli Osman bəy ,xeyir ola, son 2-3 ildə belə xarici ekspertlərin yazdıqlarını bizə sırıyır!Bu eyforiyadan başqa bir şey deyil. Bəy niyə Azərbaycanın daxilində özü şəxsən ekspertizalar aparmır? Niyə 5 il əvəl bu sahədə olan nöqsanlardan,problemlərdən yazmırdı? Xoruzun quyruğu görünür! Mənə elə gəlir ki,bu sahədə olan nöqsanların hamısını Nəqliyyat ,Rabitə və Yüksək Texnologiyalar Nazirliyində axtarmaqla bu hörmətli ekspert Osman bəy milləti bəsit səbəblərdən uzaqlaşdırır.Bu hörmətli bəyə bir neçə sual: - Azərbaycanın mobil rabitə sektorunun göstərdiyi xidmət səviyyəsinə(xüsusilə internet,Azərbaycan dövtlətinin və xalqının milyardlarla vəsaitinin xərclənməsini) , texniki göstəricilərinə görə “3-ü birinə, 1-də heçə dəyməyən” , bu üçlüyün, “şanlı” mobil operatorlarımızın, xüsusilə də qiymət siyasətinin və keyfiyyətinin dünyada analoqu varmı? –Azərbaycan Dövləti və milləti bu sahədə təhlükəsizliyi necə qorunur VƏ S...(ekspert üçün belə suallar çoxdur.). Ekspert, bu məsələyə praqmatik yanaşmaq lazımdır.

Elli 2019-08-06 10:26:12

qiyməti aşağı sal, keyfiyyəti qaldır deyəndə bunları qaşınma tutur.

TARİX 2019-08-06 10:26:12

OSMAN QUNDUZ SƏN RABİTƏ SAHƏSİNİN ADAMI DEYİLSƏN.ÖZÜNÜ EKSPERT KİMİ GÖSTƏRMƏYƏ CALIŞMA.

Son yazılar