Menu

"Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir" - Zelenski

22.12.2024, 17:58
"Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir" - Zelenski

Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir.

"Report" "İnsayder"ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, gələn il həlledici olacaq: "Biz hər şeyi etməliyik ki, 2025-ci il Ukrayna üçün ədalətli sülh ili olsun".

Qeyd edək ki, daha əvvəl ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın Zelenskini müharibəni dayandırmağa çağırması barədə məlumat yayılıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol