Menu

İranda iki terrorçu edam olunub

06.08.2019, 10:25
İranda iki terrorçu edam olunub

İranın Dezfuz şəhərinin Səfiabad bölgəsində iki terrorçu edam olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, onlar ötən gün Səfiabad şəhərinin mərkəzi həbsxanasında edam olunublar.

Edam olunan iki nəfər 2015-ci ilin Məhərrəm ayında odlu silah əldə edərək, terror qruplaşması yaradıb, terror aktı və qətl törədiblər. Belə ki, onlar odlu silahla Səfiabad şəhərində Məhərrəm ayında əzadarlıq edən insanlara atəş açaraq, 2 nəfəri öldürüb, 3 nəfəri yaralayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol