Menu

Cəmi 3 milyonluq Ermənistan...

06.08.2019, 12:17
Cəmi 3 milyonluq Ermənistan...

Ermənistanda son 6 ayda əhalinin sayı 3500 nəfər azalıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti respublikanın Statistika komitəsinə istinadən məlumat yayıb.

"Ermənistan Statistika komitəsinin rəsmi məlumatına görə, iyul ayının 1-nə Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 961 min 600 nəfər təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin sayı 8200 nəfər azalıb.

Əhalinin sayının azalması ilə yanaşı, doğum faizi də düşüb. Əgər bu ilin ilk yarısında 16 111 doğum halı qeydə alınıbsa, ötən ilin müvafiq dövründə bu rəqəm 16 261, 2017-ci ilin müvafiq dövründə isə 17 171 olub.

Respublika üzrə ölüm hallarında isə artım qeydə alınıb. İyulun 1-nə olan məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölüm halları 572 fakt artıb", - deyə qəzet yazır.

Xatırlatmaq yerinə düşər ki, bu yaxınlarda Azərbaycanda 10 milyonuncu vətəndaşın dünyaya gəlişi böyük təntənə ilə qeyd edildi. Yuxarıdakı statistikadan göründüyü kimi, 10 milyonluq Azərbaycanımız sayı 3 milyona çatmayan dılğır bir ölkənin əlində əsir-yesir qalıb...  

Şərhlər

Elli 2019-08-06 12:17:12

Siz onların dılğırlığına baxmayın, ermənilər xaçpərəstdir. Vatikan və bütün xaçpərəstlər onların arxasındadırlar. Bütün dünya ilə, yəni xristian dünyası ilə vuruşmalıyıq.

Köhnə azərbaycanlı 2019-08-06 12:17:12

Bax bu sevindirici xəbər oldu. Əgər nəzərə alsaq 3 milyon əhalisi olan Ermənistanda hər bir il ərzində əhalinin sayı 820 nəfər azalır, onda İNŞALLAH 3000000/820=3658.5 ildən sonra Ermənistan tam boşalacaq. Deməli Qarabağ da, üstəlik Ermənistan da bizim olacaq. Gördünüz ki biz LAZIMI gözləməkdə haqlı imişik. Nə qalıb ki, 3658 il 6 ay gəlb keçər biz Qarabağı da üstəlik İravanı da alarıq. URAAA... LAZIMA deyin hələ gözləsin.

Roma 2019-08-06 12:17:12

Bilirsiniz, bu sözü çox hallandırdıqca, yəni dılğır bir ölkənin əlində əsir-yesir qalmışıq kimi ifadələr adama cannda Vətən sevgisi olan hər bir kəsə çox pis təsir edir. Amma neyləyək ki, itin zənciri güclü əldədir. O əl çəkilsə məsələni uzağı 3-4 günə həll eləmək olar. Erməni qoduqları dabanlarına tüpürüb qaçarlar...

Asif 2019-08-06 12:17:12

Qarabağda cəmi 500 dığa var. Bizim milyardlar xərclənən ordumuz 26 ildə 1-cə kənd belə ala bilməyib. Biz necə millətik. Vətənimizə torpağımıza, milli sərvətimizə yiyə dura bilmirik. Biz belə getsə məhvə ölümə məhkumuq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol