Bakıda mənzildən qadın meyiti tapılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1934-cü il təvəllüdlü Kvartikova Mina Fyodorovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.


Şərhlər