Menu

"ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır" - Ərdoğan

06.08.2019, 22:33
"ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır" - Ərdoğan

ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır.Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

O vurğulayıb ki, ABŞ Türkiyəyə qarşı ədalətsizdir: “Təəssüf ki, məhz bizim müttəfiqimiz ABŞ Suriyanın şimalında terrorçuları silahlandırıb”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin təhlükəsizliyi ilk növbədə NATO-nun təhlükəsizliyidir: “Türkiyənin milli maraqları hətta hərbi yolla da müdafiə olunacaq və Ankara özünə qarşı yönəlmiş bütün təhdidləri zərərsizləşdirəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol