Menu

YPX avtomobilinin maketinin işıqlarını sındıran şəxs tutulub

07.08.2019, 12:00
YPX avtomobilinin maketinin işıqlarını sındıran şəxs tutulub

Bakı-Şamaxı yolunda quraşdırılmış Yol Patrul Xidməti (YPX) avtomobilinin maketinin işıqları sındırılıb.

APA-nın məlumatına görə, Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyində qeydə alınıb. Həyata keçirilən tədbirlərlə maketin sayrışan işıqlarını sındıran şəxsin, Şamaxı rayon sakini, 1993-cü il təvəllüdlü Rafael Hüseynov olması müəyyən edilib və o saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol