Menu

"Azərsun Holdinq"in avtomobili qəzaya uğrayıb - Elektrik dirəyi aşıb (VİDEO)

08.08.2019, 10:27
"Azərsun Holdinq"in avtomobili qəzaya uğrayıb - Elektrik dirəyi aşıb (VİDEO)

Bakıda iki yük avtomobili toqquşub.

"Report" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə məxsus "ZİL-130" markalı yük avtomobili "Azərsun Holdinq"ə məxsus "İSUZU" markalı yük avtomobili ilə toqquşub. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Zərbənin gücündən idarəetmədən çıxan "ZİL" markalı yük avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb. Elektrik dirəyinin yolun hərəkət hissəsinə aşması nəticəsində prospektə nəqliyyət hərəkətində məhdudiyyətlər yaranıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol