Menu

Donetsk Poroşenkonun təklif etdiyi xüsusi statusla razı deyil

11.09.2014, 16:25

Petro PoroshenkoUkrayna prezidenti Poroshenkonun təklif etdiyi xüsusi status Donetsk və Luhansk üçün kifayət deyil.

Bunu özünü Donetsk Xalq Respublikası adlandıran qurumun baş nazirinin müavini Aleksandr Karaman Azadlıq Radiosuna deyib. Onun sözlərinə görə, separtaçı hökumət qərar verib ki, Kiyevlə istənilən danışıq Donetsk Xalq Respublikasının suverenliyinə əsaslanmalldır.

O deyib ki, region əhalisi müstəqilliyə səs verdi.Bir çox adamlar öldü. Regionun Ukrayna daxilində qalması söhbətlərinin vaxtı keçdi.

Karaman onu da deyib ki, danışıqlrda Ukraynanı keçmiş Ukrayna prezidenti Kuçmanın təmsil etməsi ilə Donetsk razı deyil. Donetskin fikrincə, danışıqlar bəbarər zəmində aparılmalıdır. Yəni Ukraynanı hökumət rəsmisi təmsil etməlidir.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol