Menu

Masallıda 93 yaşlı kişi evində yanaraq ölüb

08.08.2019, 16:49
Masallıda 93 yaşlı kişi evində yanaraq ölüb

Masallıda ölümlə nəticələnən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, rayonun Musaküçə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol