Türkiyə hökuməti son iki il ərzində Suriya və İraqa keçməyə cəhd göstərən Avropa dövlətlərinin 830 vətəndaşını saxlayıb və ölkədən çıxarıb.
SalamNews-un "Hürriyet"ə istinadla verdiyi xəbərə görə, avropalılar “İslam Dövləti” (İŞİD) terror təşkilatına qoşulmaq və “xilafət”in bərpasında iştirak etmək niyyətində olublar.
Məlumatlar İnterpol kanalları ilə ötürülür.
Məlumata əsasən, bu siyahıda 4 min 700 nəfər var. Türkiyənin hava və dəniz limanlarına, dəmiryolu vağzallarına, eləcə də Suriya və İraqla sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrinə xüsusi diqqət ayrılır.
Təkcə İstanbulun iki hava limanında 2014-cü ilin mayından etibarən “cihadçı" olduqları ehtimal edilən 240 nəfər saxlanılıb. Onlardan 56-sı deportasiya edilib, qalanları isə azad olunub.
Yerli Kəşfiyyat Xidmətinin məlumatında “İslam Dövləti”nin əsas təlim bazasının Suriyanın şimalında, Türkiyə ilə sərhəd yaxınlığındakı Atme kəndində yerləşdiyi bildirilir.
"News.ru-İsrail" bu və oxşar düşərgələrdən 1000 Türkiyə vətəndaşının qarşı tərəfə keçdiyi barədə məlumat verib.

Şərhlər