Müdafiə sənayesinin nəhəngləri
Bu gün Azərbaycanda və regionda ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisi açılır. “ADEX 2014” sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edəcək.
“Marja” “Müdafiə sənayesi”nin keçirilməsi münasibətilə dünyanın ən böyük silah şirkətlərini təqdim edir. Dünya Müdafiə sənayeninin ən böyük 10 şirkətinin yeddisi ABŞ-dandır.
10. L-3 Communications
ABŞ şirkətinin 2012-ci ildə gəliri 10,8 milyard dollar təşkil edib.

9. United Technologies
ABŞ şirkəti United Techologies-in 2012-ci ildə gəliri 12,1 milyard dollar təşkil edib.

8. Finmeccanica
İtaliya şirkətinin 2012-ci ildə gəliri 12,5 milyard dollar təşkil edib.

7. EADS2
Hollandiyanın EADS2 şirkətinin 2012-ci ildə gəliri 14,9 milyard dollar təşkil edib.

6. Northrop Grumman
ABŞ-ın müdafiə sənayesi şirkətinin 2012-ci ildə gəliri 20,6 milyard dollar təşkil edib.


5. General Dynamics
Yenə ABŞ-dan olan General Dynamics-in 2012-ci ildə gəliri 21 milyard dollar təşkil edib.


4. Raytheon
ABŞ-lı şirkətin 2012-ci ildə gəliri 22,7 milyard dollar təşkil edib.


3. BAE
İngiltərənin BAE şirkətinin 2012-ci ildə gəliri 26,8 milyard dollar təşkil edib.

2. Boeing
ABŞ-ın hava və müdafiə sənayesi nəhəngi Boeing-in 2012-ci ildə gəliri 31,4 milyard dollar təşkil edib.

1. Lockheed Martin
Siyahıda birinci yeri ABŞ-ın Lockheed Martin şirkəti tutur. Şirkətin 2012-ci ildə gəliri 44,9 milyard dollar təşkil edib.



Şərhlər