Menu

Ermənilər indi də Ağdam torpaqlarını suvarmaq üçün kanal çəkir

08.08.2019, 22:10
Ermənilər indi də Ağdam torpaqlarını suvarmaq üçün kanal çəkir

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində daha bir irimiqyaslı infrastruktur layihəsi başladıblar. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu dəfə işğalçılar Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır.

Layihə barədə qondarma “dqr”in keçmiş “baş naziri”, hazırda “Sərsəng SES”-in rəhbəri olan Araik Arutyunyan məlumat verib. O deyib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək və nəticədə 200 milyon kilovatt saat elektrik enerjisi hasil olunacaq. Habelə 10 min hektar əkin sahəsi suvarlılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq, bu Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir.

Arutyunyan deyib ki, su kanalının tikintisi sayəsində Ağdərə, Ağdam, Xocavənd rayonlarında indiyə qədər sususluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək.

Qeyd edək ki, indiyə qədər ermənilər onsuz da Sərsəng su anbarından Azərbaycanın nəzarətində olan ərazilərə yaz-yay aylarında suyun ötürülməsinə məhdudiyyətlər yaradırdılar, payız-qış aylarında isə artıq suyu anbardan buraxmaqla Tərtər ərazisində subasmaya səbəb olurdular. Azərbaycan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Sərsəng su anbarı ilə bağlı məsələni qaldırıb.

İndi isə belə görünür ki, yeni su kanalının çəkilməsi ilə işğalçılar Azərbaycanın nəzarətində olan ərazilərə gələn suyu daha çox məhdudlaşdıracaqlar. Həmin o cümlədən işğal altındakı Ağdamın əkin sahələrini suvarmaya yönəldiləcək və beləliklə də Ağdamda məskunlaşdırma üçün daha geniş imkan yaranacaq.

Hansı ki, Ermənistan bu günlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bu, Qarabağı Ermənistana birləşdirən üçüncü yol olacaq və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına hesablanıb.

Şərhlər

Oxucu 2019-08-08 22:10:59

Axı niyə başa düşmək istəmirsiz.İşğal olunmuş torpaqlar hökumətimizin apardığı uğurlu xarici siyasət nəticəsində abadlaşdırılacaq və sonra sakitcə qaytarılacaq.Məntiq də bunu deyir.Çünki o torpaqlar işğaldan qabaq necə idisə o vəziyyətə qaytarılmalıdır.

patriot 2019-08-08 22:10:59

...neft qaz pullarindan ermənilərə havayi qaz verəndə erməni kisələrinə suda verər

t.ədalət 2019-08-08 22:10:59

Araz çayınadək uzanan bu kanal,həm də bizə qarşı ermənilərin qurduğu bir sipərdir.Rusiyanın planına uyğun olaraq,vaxtı ilə Türkiyə sərhəddində yaradılan və "Şir arxı" deyilən bir göl var.Bu gölü də Rusiya ermənistanı Türkiyədən qorumaq üçün yaradıb.İndi də Sərsəng su anbarından Araz çayına qədər çəkilən həmin kanal "Şir arxı"nın müasir formasıdır.Bizimkilərin susmaqla verdiyi imkandan ermənilər lazımınca yararlanır,nə vaxtsa ola biləcək hücumların qarşısını almaq məqsədi ilə təbii əngəllər yaradırlar..

Köhnə azərbaycanlı 2019-08-08 22:10:59

AzTV məntiqi ilə desək ermənilərdə pul nəəzir ki Ermənistandan Qarabağa 3-cü yol çəksin, 5-ci SES inşa etdirsin və Ağdama kanal çəkdirsin. Deputat Səməd Seyidov demişkən Paşinyan "Azərbaycanı provokasiyaya çəkir" və sonra da deyir ki “Kişisənsə, bunun arxasında dayan!”. Erməni dığaları Qarabağı da üstəlik 7 rayonumuzu da işğal edib orada yallı gedir, yarışlar keçirdir, bizimkilər isə kişilikdən danışır. O məşhur mahnıda var ey "Qaladan top atdılar ayılmadım...".

Elli 2019-08-08 22:10:59

biz niyə susuruq, antiterror əməliyyatı keçirmirik, yoxsa mənim bilmədiyim nə isə var mən bilmirəm, cavab verin lütvən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol