Menu

Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

09.08.2019, 09:56
Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda dəyişiklik edib.  Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Qərara görə, ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat, 1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub.

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə müəyyən olunub:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1 250
2 260
3 271
4 282
5 294
6 306
7 319
8 332
9 346
10 360
11 375
12 390
13 406
14 423
15 440
16 457
17 529
18 666
19 906

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol