Menu

"Türk Hava Yolları"nın xalis mənfəəti 3 dəfədən çox azalıb

09.08.2019, 14:55
"Türk Hava Yolları"nın xalis mənfəəti 3 dəfədən çox azalıb

Bu ilin II rübündə Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti 133 milyon lirə (təxminən, 41 milyon manat) xalis mənfəət əldə edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yerləşdirilmiş hesabatda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70% və yaxud 3,3 dəfə azdır.

Hesabat dövründə aviaşirkətin ümumi gəlirləri isə 35% artaraq 17,5 milyard lirəyə (5,424 milyard manat) çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol