Menu

Türkiyədən İŞİD-lə bağlı mühüm qərar

11.09.2014, 18:00
Türkiyədən İŞİD-lə bağlı mühüm qərar

Türkiyə rəhbərliyi ölkənin İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlarda ölkənin iştirak etməyəcəyini, öz ərazisindəki aviabazaları ABŞ başda olmaqla mümkün koalisiya üzvlərinin havadan zərbələr üçün istifadəsinə təqdim etməyəcəyini bildirib.

Musavat.com-un Türkiyə informasiya qaynağına istinadən verdiyi xəbərə görə, Ankara heç bir hərbi əməliyyata qatılmayacaq və tamamən humanitar əməliyyatlara diqqət yönəldəcək. Bu haqda hökumətdəki mənbə deyib.

Mənbə onu da əlavə edib ki, Ankara hazırda amerikalı və türkiyəli hərbçilər tərəfindən istifadə olunan İncirlikdəki ABŞ Hərbi Hava Qüvvələrinin bazasını koalisiyanın humanitar və loqistik əməliyyat keçirəcək istənilən üzvü üçün açıq edə bilər, ancaq heç bir halda terrorçulara aviazərbələr üçün istifadədən söhbət gedə bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol