Menu

Girov götürülən 10 türk dənizçi sərbəst buraxılıb

09.08.2019, 21:55
Girov götürülən 10 türk dənizçi sərbəst buraxılıb

Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə edilən silahlı hücum zamanı girov götürülən 10 türk dənizçi sərbəst buraxılıb.

Azərtac xəbər verir ki, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, iyulun 13-də Nigeriya sahillərinə yaxın sularda Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə silahlı hücum nəticəsində 18 nəfərlik heyət üzvündən 10-u girov götürülmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol