Menu

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub - VİDEO (YENİLƏNİB)

10.08.2019, 15:31
Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub - VİDEO (YENİLƏNİB)

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, təkanlar yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb.

***

Zaqatalada 4,9 ballıq zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu yeraltı təkanlar Tbilisi daxil olmaqla, bütün Gürcüstan ərazisində hiss olunub. Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur.

***

Qaxda zəlzələ olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.

Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub.

Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol