Menu

"Paytaxt sakinləri polisin profikatik tədbirlərini alqışlayıblar" - Açıqlama

10.08.2019, 16:40
"Paytaxt sakinləri polisin profikatik tədbirlərini alqışlayıblar" - Açıqlama

Bakıda polis küçə ticarəti və antisanitariyaya qarşı reydlər keçirib.

APA-nın məlumatına görə, Yasamal rayonu ərazisində “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

Polisin ərazidə aparıdığı təmizliklə bağlı məlumat verən paytaxt sakinləri görülən işlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin profikatik tədbirlərini alqışlayıblar.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməldir, satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol