Menu

Sumqayıtda mebel sexi yanır - VİDEO

10.08.2019, 17:20
Sumqayıtda mebel sexi yanır - VİDEO

Sumqayıtda mebel sexi yanır.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

Hazırda yanğın davam edir.

Süleyman Əliyevə məxsus mebel sexində baş verən yanğının söndürülməsinə cəlb olunmuş yanğınsöndürənlərdən ikisi ağır xəsarət alıb.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol