Menu

Xamenei müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırıb

10.08.2019, 18:02
Xamenei müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırıb

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Həcc toplumuna müraciətində müsəlmanları ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı birləşməyə çağırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Xamenei müraciətində Həcc ayininin insanın fərdi və ictimai təsirindən danışıb, Həcc ziyarətinin bir-birindən uzaq olan ölkələrin insanları arasında bilik və təcrübə mübadiləsi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Xamenei qeyd edib ki, Həccin böyük bərəkətlərindən biri də müsəlmanlar üçün birlik imkanıdır.

O, "ABŞ-ın Asiyanın qərbində və Afrikanın şimalında millətləri ağır müsibətlərə salan və əzablarını artıran müharibələrinin qarşısını almaq" üçün müsəlmanların ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı birləşməsinin vacibliyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol