Menu

"Bakı Metropoliteni" 3 milyon manatlıq kabel alır

10.08.2019, 19:08
"Bakı Metropoliteni" 3 milyon manatlıq kabel alır

“Bakı Metropoliteni” QSC-nin müxtəlif növ kabellərin alınması üçün iyulun 5-də elan etdiyi açıq tenderin nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, tenderin qalibləri “İnterkabel” firması, “Sumqayit Texnologiyalar Parkı” (STP) və “Göknur Bakı LTD” MMC-lər olub.

“İnterkabel” firması ilə 1 103 886 manatlıq, STP ilə 756 733 manatlıq, “Göknur Bakı LTD” ilə isə 1 250 923 manatlıq, ümumilikdə 3 111 542 manatlıq satınalma müqavilələri imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol