Menu

NARDARANDA BÖYÜK FACİƏ - Eyni ailədən 4 uşaq dənizdə batdı

10.08.2019, 23:30
NARDARANDA BÖYÜK FACİƏ - Eyni ailədən 4 uşaq dənizdə batdı

Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 uşaq batıb.

Musavat.com xəbər verir ki, uşaqların bir ailənin üzvü olub. Belə ki, dəhşətli faciədə dünyasını dəyişən uşaqların iki bacı, ikisi isə bacı-qardaş olub. Uşaqların valideynləri qardaşdır.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi dənizdə batan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışlarına başlayıb.

Onlardan M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Z.Cəfərzadənin axtarışları davam etdirilir.

Xatırladaq ki, iki həftə öncə Kürdəxanıdan olan dörd gənc dost da Pirşağı çimərliyində batıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol