Menu

Göyçayda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

10.08.2019, 22:15
Göyçayda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Axşam saat 20:30 radələrində Göyçay rayonunda yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Bığır kəndi ərazisində iki "VAZ" markalı minik maşını toqquşub.

Nəticədə hər iki maşında olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol