Menu

Azərbaycan vətəndaşlarını və əcnəbiləri işə düzəldən şirkətlərin reyestri aparılacaq

11.08.2019, 11:23
Azərbaycan vətəndaşlarını və əcnəbiləri işə düzəldən şirkətlərin reyestri aparılacaq

Nazirlər Kabineti “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiqləyib.

APA-nın məlumatına görə, bu tələblər Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (MAS) qurumların informasiya ehtiyatlarından və sistemlərindən (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə Reyestri elektron formada aparır. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi nazirlik tərəfindən təmin edilir. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol