Menu

Türkiyə gəncləri Suriyaya cəlb edən terrorçunu Parisə təhvil verdi

12.09.2014, 08:40
Türkiyə gəncləri Suriyaya cəlb edən terrorçunu Parisə təhvil verdi

Türkiyə Fransada gəncləri cəlb edərək Suriyaya göndərən qruplaşmanın liderini Parisə təhvil verib.

Bu barədə Fransa DİN məlumatında bildirilir.

“Bu şəxs Tuluza və Strasburq kimi şəhərlərdə gənc fransızları cəlb edərək, onların Suriyaya göndərilməsini həyata keçirirdi”, deyə Fransa DİN rəhbəri Berner Kaznev bildirib.

Fransa xüsusi xidmət orqanlarının məlumatına görə, Suriya, İraq və Şimali Afrikada 900-dək Fransa vətəndaşı terrorçu qruplaşmaların tərkibində vuruşur və ya təlim keçir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol