Menu

Honqkonqda bütün aviareyslər ləğv edilib

12.08.2019, 16:06
Honqkonqda bütün aviareyslər ləğv edilib

Honqkonqda bütün aviareyslər ləğv edilib.

"Report" RT-yə istinadən xəbər verir ki, buna səbəb etirazçıların hava limanının binasını ələ keçirməsidir. səbəbindən avqustun 12-də Honqkonqdan olan bütün uçuşlar ləğv edilib.

"Bütün çıxan reyslərə qeydiyyat ləğv edilib", - "South China Morning Post" nəşri Honqkonq Beynəlxalq Hava Limanının operatoruna istinadən yazır.

Məlumata görə, qeydiyyatı başa çatmış, həmçinin artıq ölkəyə gəlmək üçün yolda olan reyslər ləğv edilməyib.

Hava limanına aparan yollarda kütləvi tıxaclar var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol