Menu

Ermənistanın Müdafiə Nazirliyi Araik Kazaryanın Azərbaycana qaçması haqda

13.08.2019, 01:25
Ermənistanın Müdafiə Nazirliyi Araik Kazaryanın Azərbaycana qaçması haqda

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.

"Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə nazirliyin məlumatında bildirilir.

Eyni zamanda, "Sputnik Ermənistan" agentliyi Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırıldığını yazıb.

“19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var ”, - deyə nəşr vurğulayıb.

Virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol