Menu

Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, xəsarət alanlar var

14.08.2019, 00:32
Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında iki avtomobil toqquşub.

Qəzada hər iki sürücü 48 yaşlı Mirzoyev Namik Kərim oğlu və 35 yaşlı Əliyev Ənvər Məhəmməd oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mirzoyev Namikə qapalı kəllə-beyin travması və beyin silkələnməsi, Əliyev Ənvərə isə belin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol