Menu

Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

12.09.2014, 09:55
Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Bu gün Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 4-5-ci km olan hissəsində (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol