Menu

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

15.08.2019, 11:55
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan Ural hava yollarına məxsus “Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enib.

Hadisə nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq xəstəxanaya yerləşdirilib.

Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Onların hamısı təxliyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol