Menu

Hindistan və Pakistan ordusu arasında atışma - 8 əsgər ölüb

15.08.2019, 17:51
Hindistan və Pakistan ordusu arasında atışma - 8 əsgər ölüb

Kəşmir nəzarət xəttində Pakistan və Hindistan ordusu arasında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi general mayor Asif Qafur “Twitter” səhifəsində məlumat verib.

Atışma nəticəsində 3 Pakistan əsgəri və 5 Hindistan əsgəri həlak olub.

A.Qafur gün ərzində mütəmadi olaraq atışmanın davam etdiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol