Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümündə həyat yoldaşı və oğlu şübhəli bilinir. Avropa.info-nun məlumatına görə, Turqut Özalın öldürülməsi ilə bağlı davam edən istintaqda həyat yoldaşı Səmra Özal və oğlu Əhməd Özalın hələdə şübhəlilər arasında yer aldığı məlum olub.
İstintaq çərçivəsində prokuror Səmra və Əhməd haqqında 19 dəfə "dinləmə" qərarı verib.
Prokurorluq Turqut Özalın plan qurularaq öldürüldüyü iddiası ilə istintaqa başlayıb. Prokuror Kamal Çətin tərəfindən başlanan istintaq iki gizli şahidin söylədikləri əsasında açılıb.
Dosyedə Səmra və Əhməd Özal da daxil olmaqla 56 şübhəli yer alıb. Prokuror 5 mart 2014-cü ildə general Aslan Günər də daxil olmaqla 54 nəfər haqqında təqib olunmamaq qərarı verib. Bu şəxslər haqqında kifayət qədər dəlil olmaması qərarın verilməsinə səbəb olub.
Lakin prokuror Çətin Səmra və Əhməd Özallar haqqındakı dosyeni yenə bağlamab.
Özəl Səlahiyyətli Məhkəmələr bağlandıqdan sonra dosye Konstitusiya Məhkəməsinə göndərilib.
Ana və oğul Özal "Tamah məqsədiylə dəstə yaradmaq, qəsdən adam öldürmək" də şübhəli bilinir.


Şərhlər