Menu

İlham Əliyev rus “Alliqator”una maraq göstərib - Video

12.09.2014, 12:49
İlham Əliyev rus “Alliqator”una maraq göstərib - Video

Rusiyanın “Rosoboroneksport” şirkəti Bakıda keçirilən ADEX-2014 sərgisində “Ka-52” vertolyotlarının (“Alliqator”) nümunəsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Virtualaz.org saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu məlumatı “Rosoboroneksport” şirkətinin baş direktorunun müşaviri, Rusiya nümayəndə heyətinin rəhbəri Esen Topoyev verib.

“Biz “Ka-52”nin maketini İlham Əliyevə təqdim etdik. Bildirdik ki, Bakıya əsl nümunəni də gətirmişik. Azərbaycan prezidenti bizim vertolyotun dayandığı meydançaya getmək təklifimizi qəbul etdi. Biz “Ka-52”ni orada prezident İlham Əliyevə göstərdik. İlham Əliyev bundan məmnunluğunu bildirdi və müvafiq şəxslərə “Alliqator” məsələsi üzərində işləri davam etdirməyi tapşırdı” - deyə Topoyev bildirib.

Onun sözlərinə görə, “Ka-52”nin bu gün dünyada analoqu yoxdur. Bu vertolyot Rusiyanın qüruru hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol